ÜST işğaldan azad olunmuş bölgələrdə səhiyyə sisteminin yaradılmasına töhfə verə bilər
2021-04-26 18:00
Azərbaycanda pandemiya nəticəsində yaranan sosial-iqtisadi məsələlərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb və hazırda bu sahədə də vəziyyət sabitdir. ÜST-ün Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edən Prezident İlham Əliyev belə deyib. Hans Henri Kluge Ümumdünya Səhiyyə Təşkilatının Qarabağ və Şərqi Zəngəzurda səhiyyə sisteminin qurulması prosesinə, xüsusilə rəqəmsal səhiyyə sisteminin yaradılmasına töhfə verməyə və Azərbaycan ilə yaxından əməkdaşlığa hazır olduğunu bəyan edib.
Nərgiz camal