ÜST bölgələrdə apardığı monitorinqlərin nəticələrini açıqlayıb
2020-12-16 12:00
Dekabrın 8-dən 12-dək Ümumdünya Səhiyyə Təşkilatı ekspertlərlə birgə Gəncə, Tərtər, Bərdə və Ağdamda tibb məntəqələri, poliklinikalar və xəstəxanalara baxış keçirib. Qurumun Azərbaycandakı nümayəndəsi Hande Harmancı qeyd edib ki, ümumilikdə vəziyyət stabildir. Onun sözlərinə görə, bir neçə tibb müəssisəsinə qismən ziyan dəyib. Zəruri tibbi xidmətlərin göstərilməsinə fasilələr yaranıb. Bununla yanaşı, bəzi bölgələrdə tibb işçilərinin çatışmazlığı müşahidə olunur. Münaqişə səbəbindən bir çox insanlarda stres siptomları meydana gəlib. Harmancı həmçinin bildirib ki, vaksinasiya planının hazırlanması üçün yaxın vaxtlarda ÜST ekspertləri də Azərbaycana gələrək bu işə yardım edəcəklər.
Fərid Mehdiyev