Canlı
Ürəyindən bıçaqlanan 17 yaşlı oğlan əməliyyat masasında ölüb

2018-02-13 / 14:00

Gəncənin Tağı Arani küçəsində 17 yaşlı oğlanı ürəyindən bıçaqlayıblar. Elnur Bağırov ətrafdakıların köməyilə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, yeniyetmə əməliyyat masasında keçinib. Hadisəni törədən şəxsin axtarışı aparılır. Faktla bağlı cinayət işi açılıb.

Ruhəngiz Hacızadə