Ümumi təhsil pilləsi üzrə buraxılış imtahanının tapşırıqlarının forması daha da sadələşdirilib
2021-03-10 12:05
Ümumi təhsil pilləsi üzrə buraxılış imtahanının tapşırıqlarının forması daha da sadələşdirilib. Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadənin sözlərinə görə, imtahanda tədris dili və xarici dil fənlərinin hər birindən 30, riyaziyyatdan 25 olmaqla, ümumilikdə 85 tapşırıq veriləcək. İmtahanda yazılı cavab tələb edən açıq tipli suallardan istifadə edilməyəcək. 2021-2022-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı proqramından da müəyyən mövzular çıxarılıb.
Vüsalə Camal