Ümumi orta təhsil bazasında buraxılış imtahanlarının bölgələr üzrə keçirilmə qrafiki açıqlanıb
2021-05-19 14:05
Ümumi orta təhsil bazasında buraxılış imtahanlarının bölgələr üzrə keçirilmə qrafiki açıqlanıb. DİM-dən verilən məlumata görə, proses 2,3,9,10,16,17 iyun tarixlərində həyata keçiriləcək. Gəncədə imtahan 2 və 3 iyun tarixlərində olacaq. İştirak üçün şagirdlərin qeydiyyatı tələb olunmur. Onlar açıqlanan tarixə 1 həftə qalmış “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər.
Nərgiz camal