Ümumdünya Mədəni Müxtəliflik Günü ilə bağlı paylaşım edib
2021-05-21 14:08
Birinci vitse-prezident Mehriban Əliyeva Dialoq və inkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü ilə bağlı paylaşım edib. “Bu gün, dünya xalqlarına bir-birini daha yaxşı anlamağı və başqa millətlərin dəyərlərinə hörmət etməyi öyrənmək imkanı verir. Humanitar əməkdaşlıq, mədəniyyətlərarası əlaqələr, kömək etmək cəhdləri müasir dünyamızın tez-tez üzləşdiyi ksenofobiya və terrorizm kimi neqativ hallara qarşı mübarizədə çox mühüm silahdır" deyə paylaşımda qeyd olunub.
Nərgiz camal