Canlı
Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan millisi də iştirak edəcək

2018-08-08 / 16:10

Sentyabrın 23-dən oktyabrın 7-dək Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. Yarışa kişi və qadınlardan ibarət Azərbaycan milli komandaları da qatılacaq. Zəriflərin heyətində Gəncə şahmat məktəbinin yetirməsi Ülviyyə Fətəliyeva da yer alacaq. Mütəmadi olaraq milliyə dəvət alan Fətəliyevaya məşqçilər korpusunun etimadı böyükdür.

Ruhəngiz Hacızadə