Ümid edirik ki, tezliklə TAP-ın ötürmə qabiliyyətinin artırılması ilə bağlı qərar qəbul olunacaq- Prezident İlham Əliyev
Azərbaycan Trans-Adriatik boru kəməri vasitəsilə qaz nəqlinin artırılması üçün mümkün olanı edir. “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışında Prezident İlham Əliyev deyib ki, bunun üçün TAP boru kəmərinin ötürmə qabiliyyətinin artırılmasına ehtiyac var. Dövlət başçısı bununla bağlı tezliklə qərar qəbul ediləcəyini ümid edir.