"Ümid edirik ki, Ermənistan ilkin mövqeyinə sadiq qalacaq" - Azərbaycan Prezidenti
2021-05-19 10:00
Biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. Düşünürəm ki, İkinci Qarabağ müharibəsindən sonra yeni əməkdaşlıq formatını yaratmaq üçün imkan var. Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nauseda ilə görüşlərindən sonra mətbuata bəyanatında belə deyib. Ermənistanın rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul etdiyini vurğulayan ölkə rəhbəri, ümid etdiyini bildirib ki, Ermənistan həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalacaq və bu, sülh sazişi üçün əsas olacaq.
Vüsalə camal