"Ümid edirəm ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq" - Prezident İlham Əliyev
"Ümid edirəm ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq və Şarl Mişelin də bu sahədəki fəaliyyətini mən yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu görüşün də sülh müqaviləsinə çatmaq üçün önəmi olacaq". Azərbaycan Prezidenti İlham Əliyev Praqa Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emanuel Makron və Ermənitsna baş naziri Nikol Paşinyanla keçirilən dördtərəfli görüşlə bağlı danışarkən bildirib ki, görüşdə önəmli məsələlər müzakirə olunub.