Üçtərəfli formatda qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi barədə razılığa gəlinib
2021-04-20 10:00
Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla üçtərəfli formatda qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi barədə razılığa gəliblər. Trend xəbər verir ki, bu barədə V.Putin və N.Paşinyanın ikitərəfli görüşdən sonra birgə bəyanatında deyilir. "Tərəflər Azərbaycan və Ermənistan arasında və bütövlükdə regionda münasibətlərin normallaşmasına kömək etmək məqsədilə Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi barədə razılığa gəliblər", - deyə bəyanatda bildirilir.
Vüsalə camal