"Üçtərəfli Bəyanatın qəbul edilməsindən keçən biri ili bütövlükdə, müsbət səciyyələndirə bilərik" - Prezident İlham Əliyev
2021-11-27 14:00
Üçtərəfli görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər. Prezident İlham Əliyev ötən il noyabrın 10-da üçtərəfli Bəyanatın qəbul edilməsindən keçən biri ili bütövlükdə, müsbət səciyyələndirib. Bu müddətdə Rusiya sülhməramlı qüvvələrinin məsuliyyəti zonasında ciddi insidentlərin olmadığını, hər iki tərəfi narahat edən məsələlərin açıq şəkildə müzakirə edildiyini diqqətə çatdırıb.
Nərgiz camal