Üç gün sonra meyiti tapılan şəhid baş leytenant Fuad Bağırov Şirvanda dəfn edilib
2021-02-01 16:00
Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən itkin düşəndən üç gün sonra meyiti tapılan şəhid baş leytenant Fuad Bağırov Şirvanda dəfn edilib. O, Şəhidlər xiyabanında torpağa tapşırılıb. Fuad Bağırov ailəsi ilə birlikdə Gəncədə yaşayıb. Bir oğlan və bir qız yadigarı qalıb. Allah rəhmət etsin!
Vüsalə camal