Canlı
Özbəkistanın portalları Səttar Bəhlulzadə haqqında məqalələr verib

Özbəkistanın portalları Azərbaycanın Xalq Rəssamı Səttar Bəhlulzadə haqqında özbək və rus dillərində məqalələr verib. Yazılarda Səttar Bəhlulzadənin uşaqlıq və gənclik illəri, rəssamlığa həvəsi, təhsil aldığı illər, tanınmış rəssam Əzim Əzimzadənin ona qayğısı və digər məqamlar öz əksini tapıb. Bildirilir ki, Azərbaycanın Xalq Rəssamı Səttar Bəhlulzadə öz yaradıcılığı ilə rəssamlıqda yeni səhifə açıb.

Vüsalə Camal