Özəl məhkəmə ekspertizası institutu yaradıla bilər

2019-11-19 16:00

Azərbaycanda özəl məhkəmə ekspertizası institutu yaradıla bilər. Bunu Milli Məclisin plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. "Həm təcrübəli özəl mütəxəssislərin cəlb edilməsi yolu ilə, həm də bu sahədə rəqabətin yaranması səbəbindən məhkəmə ekspertizasının keyfiyyətinin yaxşılaşdırılması gözlənilir. Məhkəmə ekspertizasının keçirilməsi müddətinin dəqiqləşdirilməsi nəticəsində bəzi kateqoriyalı işlərə baxılma müddəti də azalacaq”.

Vüsalə Camal