Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır.Elm və Təhsil Nazirliyindən bildirilib ki, valideynlər övladlarını “myGov” platforması vasitəsilə sentyabrın 14-ü saat 15:00-dan sentyabrın 25-i saat 15:00-dək qeydiyyatdan keçirə bilərlər.Yeni maliyyələşmə modelinin məqsədi məktəbəqədər təhsilin əhatəsini genişləndirmək, valideynlər üçün seçim imkanlarını artırmaqdır.
09 sentyabr 2026

