Özünü televiziya əməkdaşı kimi qələmə verib pul tələb edən şəxs saxlanılıb
Lənkəranda özünü televiziya kanallarından birinin əməkdaşı kimi təqdim edərək müxtəlif müəssisə və obyektlərdən pul tələb etməkdə şübhəli bilinən 34 yaşlı Şəhriyar Həsənzadə saxlanılıb.Araşdırmalarla onun müəssisə və təşkilatların məsul şəxsləri ilə əlaqə saxlayaraq guya onların işgüzar nüfuzuna xələl gətirən reportaj hazırladığını söylədiyi, həmin materialların televiziya və sosial şəbəkələrdə yayımlanmaması müqabilində müxtəlif məbləğlərdə pul tələb etdiyi məlum olub.

