Özünü FHN-nin əməkdaşı kimi təqdim edən polkovnik beynəlxalq axtarışa verilib
2021-01-06 14:07
Saxta polkovnik hərbi forması geyinərək özünü Fövqəladə Hallar və Müdafiə nazirliklərinin məsul şəxsi kimi təqdim edib, həmçinin I Qarabağ müharibəsinin qazisi adı ilə xaricdə yaşayan azərbaycanlı iş adamlarından pul alaraq dələduzluq edən Rasim Əhmədli barəsində cinayət işi açılaraq barəsində həbs qətimkan tədbiri seçilib. O, beynəlxalq axtarışa verilib. 42 yaşlı Rasim İkram oğlu Əhmədli əvvəllər də bir neçə dəfə məhkum olunub.
Fərid Mehdiyev