Övladlarını bıçaqla yaralayan ata saxlanılıb
Gədəbəydə övladlarına bıçaq xəsarətləri yetirən ata saxlanılıb. Hadisə, dünən rayonun İvanovka kəndində baş verib. Kənd sakini Yaşar Mustafayev içkili halda həyat yoldaşı ilə mübahisə zamanı yetkinlik yaşına çatmayan 2 oğlunu əlindən yüngül yaralayıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Nərgiz Camalzadə