Ötən il xaricdə təhsil alan mindən çox şəxsin diplomları tanınmayıb
Keçən il xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması üzrə ümumilikdə 7 min 21 müraciət üzrə ekspertiza aparılıb. Nəticədə 1 153-nə mənfi rəy verilib. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədovun sözlərinə görə, ikili diplom proqramlarının ADA, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət Aqrar Universiteti üzrə akkreditasiya qiymətləndirilməsi prosesi başlayıb.
Fərid Mehdiyev