Ötən il kanalda batması ehtimal olunan uşağın axtarışları davam etdirilir
Ötən ilin dekabrında İmişlinin Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 11 yaşlı Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir. Axtarış-xilasetmə əməliyyatlarına 75 nəfərdən ibarət şəxsi heyət, 2 xüsusi təlim görmüş it, 13 ədəd xüsusi texnika və nəqliyyat vasitəsi cəlb olunub.
Vüsalə Cənnətova