Ötən il azad edilmiş ərazilərdə 24 yaşayış məntəqəsinə qaz xətti çəkilib
2023-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki 24 yaşayış məntəqəsinə qaz xəttinin çəkilməsi həyata keçirilib. Baş nazir Əli Əsədov Milli Məclisdəki hesabatında həmin ərazilərdə sosial infrastruktur obyektləri, yollar, tunellər və körpülərin inşasının davam etdiyini xatırladıb. Hökumət başçısı işğaldan azad olunan ərazilərdə “yaşıl enerji” potensialının yaradılması məqsədi ilə 17 ədəd Su Elektrik Stansiyasının yenidən qurulduğu, tikilib və yaxud bərpa edildiyini vurğulayıb.
Fərid Mehdiyev