Ötən il Azərbaycanda süd vəzi xərçəngindən ölənlərin sayı açıqlanıb
Ötən il Azərbaycanda xərçəng xəstəliyindən ölənlərin sayı 8 305 nəfər olub. Onun da 1 121-i süd vəzisi xərçənginin payına düşüb. Ötən il süd vəzi xərçənginə görə Səhiyyə Nazirliyinin tabeliyində olan xəstəxanalarda 1 528 cərrahi əməliyyat icra olunub. Hazırda ölkədə, ümumilikdə, 31 mamoqraf fəaliyyət göstərir.
Nərgiz Camalzadə