Ötən həftə 1600 hektardan çox ərazi minalardan təmizlənib
ANAMA azad edilmiş ərazilərdə aparılan minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb. Bildirilib ki, 1 644,6 hektar ərazi minalardan və partlamamış sursatlardan təmizlənib. Əməliyyatlar zamanı 83 tank əleyhinə mina, 143 piyada əleyhinə mina və 5 498 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Minatəmizləmə işləri ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən Qarabağda, eləcə də Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində və Tərtər rayonunda həyata keçirilib.

