Ötən gün inzibati məsuliyyətə cəlb edilənlərin sayı məlum olub
2020-06-26 16:07
Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə ötən gün nəqliyyat vasitələri ilə hərəkətdə olan 885 nəfər, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda maskadan istifadə edilmədiyinə görə 363 nəfər olmaqla ümumilikdə 1248 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib. Gün ərzində postlarda aparılan yoxlamalar zamanı 518 avtomobil geri qaytarılıb.
Vüsalə Camal