Ötən ay xaricdə təhsil almış 73 nəfərin diplomu tanınmayıb
Təhsildə Keyfiyyət Təminatı Agentliyi ötən ay üzrə 360 müraciətçidən 287-nin diplomunu tanıyıb. 73 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Ölkələr üzrə müraciətlərin sayına görə Ukrayna, Rusiya və Türkiyə ilk yerləri tutur. Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə, iqtisadiyyat, menecment, biznesin idarə edilməsi, beynəlxalq münasibətlər üstünlük təşkil edir.
Fərid Mehdiyev