Ötən ay xaricdə təhsil alan 61 nəfərin diplomu tanınmayıb
Oktyabr ayı üzrə diplomların tanınması üzrə müraciətçinin 406-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 61 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Təhsildə Keyfiyyət Təminatı Agentliyindən qeyd olunub ki sənədlərə baxılma müddəti 19 gün təşkil edib.