Ötən ay 2309 uşağa reabilitasiya xidmətləri göstərilib
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya müəssisələri tərəfindən bu ilin yanvar ayında 18 yaşadək əlilliyi olan 2309 uşağa reabilitasiya xidmətləri göstərilib. Bu kateqoriyadan olan uşaqlar Agentliyin Bakıdakı 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində və Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri ilə təmin olunurlar.
Fərid Mehdiyev