Ötən ayın 25-i Tərtərin Köçərli kəndinin sakininə məxsus obyektdən oğurluq edən şəxslər saxlanılıb
2021-04-01 12:06
Ötən ayın 25-i Tərtərin Köçərli kəndinin sakininə məxsus obyektdən oğurluq edən şəxslər saxlanılıb. Rayon polis şöbəsi əməkdaşları qeyd olunan əməli törətməkdə şübhəli bilinən Tərtər rayon sakinləri Məhərrəm Qarayev, Xanoğlan Bayramov, Qüdrət Həsənov və qardaşı Nüsrət Həsənovu saxlayıblar. Araşdırmalarla onların 6 ədəd su nasosu, 2 ədəd su motoru, qızdırıcı, televizor, stullar və digər inşaat malları oğurlamaqla zərərçəkmişə 10 min manat civarında ziyan vurduqları müəyyən edilib.
Vüsalə Camal