Ölkəyə qaçaqmalçılıqla narkotik gətirən “TIR” sürücüsü saxlanılıb

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində Bakı ərazisində 7 kiloqram 930 qram narkotik vasitə və 6000 ədəd psixotrop həbin satışının qarşısı alınıb.
Qaradağ rayonunda keçirilən əməliyyat zamanı 35 yaşlı Məhəmməd Quliyev saxlanılıb. Onun gizlətdiyi yerdən 5 kiloqram 670 qram marixuana və 4000 ədəd metadon həbi, idarə etdiyi yük avtomobilindən isə 2 kiloqram 260 qram marixuana və 2000 ədəd metadon həbi aşkarlanıb. İlkin məlumata görə, Quliyev narkotik vasitələri İranın Aslandüz şəhərində “İkram” adlı şəxsdən alaraq qaçaqmalçılıq yolu ilə ölkəyə gətirib. Faktla bağlı araşdırma aparılır, narkoşəbəkənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam edir.

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik