Ölkəyə qaçaqmalçılıq yolu ilə 42 kq narkotik gətirən narkokuryerlər saxlanılıblar
Paytaxtda Əli Valehov və qohumu, əvvəllər məhkum olunmuş Elçin Abdurəhimov 42 kiloqram marixuana ilə saxlanılıblar. Onlar İran vətəndaşı ilə əlbir olaraq ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən marixuananı Siyəzən rayonunda əldə ediblər. Faktla bağlı cinayət işi başlanılıb. Şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Vüsalə Cənnətova