Ölkəyə 24 kiloqram narkotik vasitə keçirən şəxs saxlanılıb
Yardımlının Mirimli kəndində mürəkkəb relyef və qarlı hava şəraitindən istifadə edərək külli miqdarda narkotiki qaçaqmalçılıq yolu ilə əldə edən rayon sakini Vüsal Vəliyev saxlanılıb. Onun sərnişin kimi əyləşdiyi avtomobidən 16 kiloqram heroin, 2 kiloqram tiryək və 6 kiloqram marixuana aşkar olunub. Həmin şəxs narkotik vasitələri sosial şəbəkələrin birində tanış olduğu “Nehmət” adlı İran vətəndaşından əldə etdiyini deyib. Onun əsas niyyəti isə narkotik vasitələrin paytaxt ərazisində satışı təşkil etməklə bərabər şəxsiyyəti istintaqla araşdırılan dəstənin digər üzvlərinin köməkliyi ilə Avropa ölkələrinə göndərmək olub.