Ölkənin ikinci böyük şəhərində iməclik keçirilib
2020-04-17 18:04
Gəncənin istirahət yerlərində və parklarda iməclik keçirilib. Şəhər Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinin yaşıllaşdırma şöbəsinin işçiləri ərazidə təmizlik yaratmaqla yeni əkilən ağaclara aqrotexniki qulluq göstəriblər. Ağacların dibləri bellənib, qurumuş budaqlar kəsilib, qazonlar biçilib. Yaşıllıqların qorunub saxlanması üçün gün ərzində suvarlması da həyata keçirilir.
Fərid Mehdiyev