Ölkənin bəzi rayonlarına qazın verilişində məhdudiyyətlər olacaq

Sabah saat 10:00-dan 18:00-dək Abşeron, Siyəzən və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq. Təmir müddətində Bakı şəhəri, Abşeron rayonunun Mehdiabad, Qazaxın Şıxlı, Qaymaqlı, Kəmərli, Xaçmazın Xudat və Yalama kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlər Ucar, Zərdab və Göyçayın bir hissəsinin qaz təchizatına da təsir göstərə bilər.

Vəfa Şairova