Canlı
Ölkənin bəzi ərazilərinə qar yağıb, Xınalıqda qalınlığı 55 santimetrə çatıb

2018-04-16 / 08:57

Şamaxı rayonunda iki gündür davam edən güclü leysan yağışları ötən gün sulu qar, günün ikinci yarısından etibarən isə qarla əvəzlənib. Yağıntı ən çox rayonun dağlıq ərazilərinə düşüb. Pirbəhli, Qızmeydan, Dəmirçi, Zarat və Ərçiman dağ kəndlərində qarın qalınlığı 10-20 sm təşkil edib. Yeni çiçəkləyən meyvə ağaclarını şaxta vurub. Qubanın ucqar dağ kəndlərinə də qar yağıb. Yağıntı Qalaxudat, Qrız, Buduq, Zeyid və Xınalıq kəndlərində qeydə alınıb. Xınalığa düşən qarın hündürlüyü 55 santimetrə çatıb.

Vəfa Şairova