"Ölkəmizin çətin günlərində medal qazandım"- Orxan Səfərov
2020-10-24 11:08
"Ölkəmizin çətin günlərində medal qazandım". Bunu Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqə turnirində bürünc medal qazanan cüdoçu Orxan Səfərov deyib. 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı qələbəni şəhidlərə həsr etdiyini bildirib: "Azərbaycan haqq yolundadır, hər şey yaxşı olacaq. Qarabağ bizimdir və bizim olacaq". Orxan Səfərov bürünc medal uğrunda görüşdən sonra əsgər salamı verib.
Nərgiz Camal