Ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almayıb - Prezident
2020-03-18 16:00
"İndiki şəraitdə əsas vəzifə vaqonların dezinfeksiyasıdır. Çünki bütün dünya koronavirusdan əziyyət çəkir". Bunu Prezident İlham Əliyev Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışın mərasimi çərçivəsində dəmiryolçularla görüşündə deyib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan bu istiqamətdə önləyici tədbirlər görüb. Məhz ona görə hazırda ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almayıb.
Vüsalə Camal