Ölkəmizdə koronavirusa qarşı mübarizə davam edir
2021-03-11 18:07
Bildiyimiz kimi dünyada eləcə də ölkəmizdə koronavirusa qarşı mübarizə davam edir. Hələ də xüsusi karantin rejiminin qüvvədə olması bizi sosial məsafə saxlamağa, tənəffüs yollarını qoruyan vasitələrdən və dezinfeksiyaedici məhlullardan istifadə etməyə vadar edir. Məqsəd sağlamlığımızın qorunması və Covid-19-a yoluxmanın aradan qaldırılmasıdır. Koronavirusdan qorunmağın, onunla mübarizənin ən effektli yollarından biri də peyvənd olunmaqdır. Hec xəstələnməmək və ətrafdakıları da risk altına qoymamaq üçün bu məsələni də diqqətdə saxlamaq lazımdır. Yenidən sərt karantin rejiminin tətbiq olunmaması üçün pandemiya şəraitinin tələblərinə maksimum əməl etməliyik.
Vüsalə Camal