Ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi icra olunub
2020-08-05 18:04
Ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi icra olunub. Bölmələr silah və zirehli texnikanın tətbiqi ilə müxtəlif relyefli ərazilərdən keçməklə əks-hücum əməliyyatının təşkili və keçirilməsi, strateji cəhətdən əlverişli rayon və hədlərin azad edilməsi üzrə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.
Nərgiz Camal