Ölkəmiz "Qarabağ Azərbaycandır" şüarı ilə beynəlxalq sərgidə təmsil olunacaq
2020-11-16 16:00
İstanbulda Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Birliyinin təşkilatçılığı ilə keçiriləcək sərgidə işğaldan azad olunan torpaqlarımızın iqtisadi və investisiya potensialı nümayiş ediləcək. Azərbaycan sərgidə "Qarabağ Azərbaycandır" stendi ilə təmsil olunacaq. Stend Qarabağın incisi olan Şuşa şəhərində yerləşən Yuxarı Gövhər Ağa məscidinin formasında dizayn edilib. Məqsəd işğaldan azad olunan rayonların zəngin yeraltı və yerüstü sərvətləri, turizm potensialı və mədəni irsi barədə Türkiyə və xarici investorları məlumatlandırmaq, bu ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçiriləcək geniş quruculuq və bərpa işlərinə, biznesin qurulmasına xarici investorları cəlb etməkdir.
Vüsalə Camal