Ölkəmiz minimum əməkhaqqının artımına görə dünyada ikincidir
2020-01-17 14:04
Azərbaycan minimum əməkhaqqının artım səviyyəsinə görə bu ilin əvvəlinə olan göstəriciyə görə dünya reytinqində ikinci yeri tutub. “Picodi.com” tərəfindən minimum əməkhaqqının qanuniləşdirildiyi 54 ölkəyə dair apardığı araşdırmaya əsasən, Azərbaycanda minimum əməkhaqqının ötən il ərzində artımı 37,7 faiz olub. Reytinqdə 64,8 faizlə birinci yerdə Nigeriya qərarlaşıb.
Ruhəngiz Hacızadə