Ölkədaxili uçuşlarda koronavirus testi tələb olunmayacaq
2021-06-02 12:05
Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən koronavirusa görə PCR test barədə arayış tələb olunmayacaq. Nazirlər Kabinetinin dəyişiklik etdiyi sənədə əsasən, eyni zamanda ölkədaxili uçuşlar vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testlərin keçirilməsi məqsədilə yaxmalar götürülür.
Vüsalə Camal