Canlı
Ölkədən nəsli kəsilmək təhlükəsi olan vəhşi quşun çıxarılmasının qarşısı alındı

2018-01-12 / 18:04

Qətər vətəndaşı qaçaqmalçılıq yolu ilə Azərbaycandan şahin quşunu çıxarmaq istəyib, lakin buna nail ola bilməyib. Bakı-Doha aviareysi ilə gedən şəxs gömrük nəzarətindən keçərkən müvafiq icazə sənədini təqdim edərək, əvvəllər Azərbaycan ərazisinə gətirdiyi şahin quşunu təkrar ixrac etdiyini bildirib. Gömrük əməkdaşları isə sənədlərdən və eyniləşdirmə vasitəsindən aldatma yolu ilə istifadə olunduğunu aşkara çıxarıblar. Onun Salyan rayonunda ov etdiyi məlum olub. Faktla bağlı araşdırma davam edir.

Fərid Mehdiyev