Canlı
Ölkədə orta aylıq əmək haqqı azalıb, yoxsa artıb?!

2018-10-11 / 16:15

Bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,1% artaraq 541,2 manat olub. Amma bu, yanvar-iyul aylarının yekunları ilə müqayisədə 0,2% azdır. Sentyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% artaraq 1540,3 min nəfər olub, onlardan 880,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 659,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Fərid Mehdiyev