Ölkədə məişət zorakılığı ilə bağlı müraciətlərin sayı artıb
Azərbaycanda məişət zorakılığı ilə bağlı müraciətlərin sayı son 4 ildə üç dəfə artıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın sözlərinə görə, zorakılığın səbəb və nəticələrinin, təkrar başvermə riskinin aradan qaldırılması, törədənlərin cəzalandırılması istiqamətində işlər aparılır. Son dövrlərdə ölkədə 100-ü uşaq olmaqla 154 zorakılığa məruz qalan şəxsə sosial xidmət göstərilib.
Vüsalə Cənnətova