Ölkədə mövsümi qripə qarşı vaksinasiya kampaniyasına başlanacaq
2020-10-10 15:05
Oktyabrın 12-dən əhali arasından müəyyən olunmuş risk qruplarına aid şəxslərin mövsümi qripə qarşı vaksinasiya kampaniyasına başlanacaq. İlk növbədə tibb işçiləri, hamilə qadınlar və xroniki tənəffüs yolları xəstəliklərinə malik olan 6 aylıqdan yuxarı uşaqlar və böyüklər vaksinasiyaya cəlb ediləcəklər. Səhiyyə Nazirliyindən verilən məlumata görə, kampaniya 1 ay müddətində davam edəcək. Peyvənd pulsuz olacaq.
Nərgiz Camal