Ölkədə koronavirusa yoluxma artıb. 223 nəfərin testi pozitiv çıxıb
2021-02-23 16:05
Azərbaycanda koronavirusa yoluxma artıb. 223 nəfərin testi pozitiv çıxıb. 176 nəfərsə müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib. Təhsil Nazirliyindən isə bildirib ki, 1-21 fevral tarixlərində ölkə üzrə virusa yoluxmuş şagirdlərin sayı 225, virusa yoluxmuş işçi heyətinin sayı 159 nəfər təşkil edib. Bu ayın 22-dək distant təhsilə keçirilən siniflərin sayı 84, distant təhsilə keçirilən məktəblərin sayı 4-dür. Bu təhsil müəssisələrinin sırasına Gəncə şəhəri 37 nömrəli tam orta məktəb də daxildir.
Fərid Mehdiyev