Ölkədə koronavirusa qarşı vaksinasiya olunanların sayı açıqlanıb
2021-03-02 14:05
Martın 1-də Azərbaycanda COVID-19 infeksiyasına qarşı 22,498 nəfər vaksinasiya olunub. Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 293,360 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Respublikanın bütün rayonlarında davam etdirilir.
Vüsalə Camal