Ölkədə koronavirusa qarşı vaksin olunanların sayı 428 mini ötüb
2021-03-10 12:07
Azərbaycanda koronavirusa yoluxanların 52,5 faizi Bakının payına düşür. Gəncə-Qazax zonası isə 8,1 faiz göstərici ilə 4-cü yerdədir. Koronavirusa yoluxanların 21 faizini 30-39 yaş arasında şəxslər təşkil edir. Operativ Qərargahdan bildirilib ki, dünən ölkədə koronavirus infeksiyasına qarşı 21 min 204 nəfər vaksinasiya olunub. Hazırkı dövrədək isə ümumilikdə 428 min 635 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Vüsalə Camal