Ölkədə inzibati məsuliyyətə cəlb edilən hərəkət iştirakçılarının sayı açıqlanıb
2020-04-14 12:05
Son 13 gün ərzində ölkədə inzibati məsuliyyətə cəlb edilən hərəkət iştirakçılarının sayı açıqlanıb. Ümumilikdə 1 apreldən bu günədək respublikanın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 18 687 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib. Ötən sutka ərzində isə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 2 204 nəfər barəsində inzibati tədbir görülüb.
Vəfa Şairova